​MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminar keçirir

​MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminar keçirir Seminar MSK-nın maarifləndirmə proqramı çərçivəsində həyata keçirilir
Daxili siyasət
28 Avqust , 2015 11:02
​MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminar keçirir

Bakı. 28 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) bu il keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədilə dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlar keçirir.

Bu barədə "Report"a MSK-an məlumat verilib.

Seminar MSK-nın maarifləndirmə proqramı çərçivəsində həyata keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir.

Son xəbərlər

Orphus sistemi