Yuxarı
    Bağlamaq

    ​Dövlət Statistika Komitəsi bir neçə qaydanı təsdiqləyib

    Statistika hesabatı forması isə rezidentlərinin xarici borclarına və onlara xidmət edilməsinə dair zəruri məlumatların əldə edilməsi üçündür

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Statistika Komitəsi bir neçə qaydanı təsdiq edib.

    "Report"un xəbərinə görə, komitə sədri Tahir Budaqovun əmri ilə “Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında”, “Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında” 1-invest №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”, “Xarici borc haqqında”, “Xarici borc haqqında” 1-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”, “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında”, “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş” təsdiqlənib.

    “Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında” 1-invest №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulması ölkə rezidentlərinin xarici investisiyalar və qeyri-rezidentlərlə xidmətlər üzrə apardıqları əməliyyatlarına dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulub. Hüquqi və fiziki şəxsin rezidentlik statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün – vətəndaşlıq mənsubiyyəti) ilə deyil, onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlılığı və həmin ərazidə davamlı olaraq bir il müddətindən artıq fəaliyyət göstərməsi (fiziki şəxslər üçün – yaşaması) ilə müəyyən edilir. Bu şərtlərə uyğun olmayan hüquqi və fiziki şəxslər qeyri-rezident hesab olunur.

    Azərbaycanda yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycanda yaşayan əcnəbi tələbələr qeyri-rezidentlərə aid edilir. Hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən rüblük dövriliklə hesabat formasının üzərində göstərilən müddətlərdə Dövlət Statistika Komitəsinə real-vaxt rejimində təqdim edilir.

    “Xarici borc haqqında” rəsmi statistika hesabatı formasının doldurulması isə rezidentlərin xarici borclarına dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulub. “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” rəsmi statistika hesabatı forması isə rezidentlərinin xarici borclarına və onlara xidmət edilməsinə dair zəruri məlumatların əldə edilməsi üçündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi