Komitə sədri bir sıra normativ-hüquqi sənədlərin qəbul olunmasını təklif edib 

Komitə sədri bir sıra normativ-hüquqi sənədlərin qəbul olunmasını təklif edib  "Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Planı (MFP) hərtərəfli fəaliyyətə daha da geniş imkan yaradıb və onun tətbiqindən irəli gələrək bir sıra normativ-hüquqi aktlara dəyişiklik və əlavələrin hazırlanmasını nəzərdə tutub".
Daxili siyasət
19 may 2022 07:54
Komitə sədri bir sıra normativ-hüquqi sənədlərin qəbul olunmasını təklif edib 
Bahar Muradova

"Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Planı (MFP) hərtərəfli fəaliyyətə daha da geniş imkan yaradıb və onun tətbiqindən irəli gələrək bir sıra normativ-hüquqi aktlara dəyişiklik və əlavələrin hazırlanmasını nəzərdə tutub".

"Report" xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Əlbəttə ki, bu dəyişikliklərin qəbul edilməsində parlamentarilərimizin prinsipial və qətiyyətli mövqeyi nəzərdə tutulan tədbirlərin icrasına böyük dəstək olacaq" - o əlavə edib.

Dövlət Komitəsinin sədri uyğun büdcə vəsaitlərinin ayrılması və ona nəzarət sahəsində parlamentlərin rolu və iştirakının əhəmiyyətini vurğulamaqla qadınlarla bağlı məsələlərin hərtərəfli həlli sahəsində bir sıra normativ-hüquqi sənədlərin qəbul olunmasının vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi