Komitə sədri: "Bəzən böyük dövlətlər öz niyyətlərini həyata keçirmək üçün dindən istifadə edirlər"

Komitə sədri: "Bəzən böyük dövlətlər öz niyyətlərini həyata keçirmək üçün dindən istifadə edirlər" Siyavuş Novruzov: "Azərbaycan dövləti dini icmaların fəaliyyətinə diqqətlə yanaşır"
Daxili siyasət
21 İyun , 2016 12:53
Komitə sədri: Bəzən böyük dövlətlər öz niyyətlərini həyata keçirmək üçün dindən istifadə edirlər

Bakı. 21 iyun. REPORT.AZ/ “Dünyada, regionda baş verən hadisələrə rəğmən, Azərbaycanda sabitlik mövcuddur. Baxmayaraq ki, bəzən böyük dövlətlər öz niyyətlərini həyata keçirmək üçün dindən istifadə edirlər. Biz bunu görürük”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 illiyi ilə bağlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda dini sahədə stabillik mövcuddur: “İstər Qafqaz Müsəlmanları İdarəsinin, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirlər, seminarlar dövlət-din münasibətlərinin bariz nümunəsidir. Belə tədbirlərdə, seminarlarda dövlət siyasəti cəmiyyətə çatdırılır. Belə olduğu halda bütün mənfi halların qarşısını almaq mümkün olur. Dövlət-din münasibətlərinin tənzimlənməsi bir nümunədir, digər dövlətlər də bundan yararlana bilər. Azərbaycan dövləti dini icmaların fəaliyyətinə diqqətlə yanaşır. Milli Məclisdə də onların fəaliyyəti ilə bağlı müvafiq qanunlar qəbul edilib”.

Son xəbərlər

Orphus sistemi