Komitə sədri: "Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur"

Komitə sədri: "Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur" Əli Hüseynli: "Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir"
Daxili siyasət
14 Sentyabr , 2015 13:07
Komitə sədri: Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur". "Report" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.

O bildirib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur: "Bundan sonra da bu əlaqələr davam etdiriləcək. Biz Azərbaycanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir". 

Son xəbərlər

Orphus sistemi