Komitə rəsmisi: “İlk növbədə ağır şəraitdə yaşayan keçmiş köçkün ailələrin köçürülməsi həyata keçirilir”

Komitə rəsmisi: “İlk növbədə ağır şəraitdə yaşayan keçmiş köçkün ailələrin köçürülməsi həyata keçirilir” “İşğaldan azad edilən ərazilərə ilk növbədə müxtəlif rayonlardakı pansionatda, yataqxanada daha ağır şəraitdə yaşayan keçmiş məcburi köçkün ailələrinin köçürülməsi həyata keçirilir”.
Daxili siyasət
7 Dekabr , 2023 08:45
Komitə rəsmisi: “İlk növbədə ağır şəraitdə yaşayan keçmiş köçkün ailələrin köçürülməsi həyata keçirilir”

“İşğaldan azad edilən ərazilərə ilk növbədə müxtəlif rayonlardakı pansionatda, yataqxanada daha ağır şəraitdə yaşayan keçmiş məcburi köçkün ailələrinin köçürülməsi həyata keçirilir”.

“Report” xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktor müavini Tural Qasımov deyib.

O bildirib ki, bəzən yanlış anlaşılmalar olur, cəmiyyətdə belə bir fikir yaranır ki, köçürülənlər “Qobu Park” yaşayış kompleksinin sakinləridir:

“Birinci mərhələdə daha ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərə öncədən müvafiq yük maşınları təyin edilir, onlar Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park -3” yaşayış massivindəki təyinat nöqtəsinə yığışırlar, növbəti gün isə aidiyyəti üzrə azad edilən ərazilərə köçürülürlər”.

Son xəbərlər

Orphus sistemi