Yuxarı

Etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısı hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluqçularının etik davranış qaydalarının daha çox pozulmasının səbəbləri açıqlanıb

Bakı. 9 iyul. REPORT.AZ/ "Etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısını ümumiləşdiririk. Hansı qurumlar ki, bu faktla bağlı bizə yekun hesabat təqdim edirsə, onları ancaq dəstəkləyirik. Çünki bu onu göstərir ki, həmin qurumlarda etik davranış qaydalarının pozulmasına qarşı iş aparılır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, elə dövlət qurumları var ki, il ərzində onlarda etik davranış qaydalarının pozulmadığını iddia edirlər: “Təbii ki, biz buna şübhə ilə yanaşırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etik davranış qaydalarının daha çox pozulmasına gəlincə, buna əsas səbəb dövlət qulluqçularının təxminən 15-20 faizə yaxının orada işləməsidir. Hazırda nazirliyin yeni rəhbərliyi bu işə qarşı ciddi mübarizə aparır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi