"Azərbaycanda vəkilliyə böyük axın var, maraq böyükdür. Hətta dövlət orqanlarında işləyən gənclər də vəkilliyə qəbul üçün sənəd təqdim edirlər".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycanda vəkillərin sayı artacaq.
A.Bağırov ilin sonunadək vəkilliyə qəbulla bağlı daha bir imtahanın keçiriləcəyini bildirib.