Yuxarı
    Bağlamaq

    ​Kəmaləddin Heydərov sahibkarlarla görüşüb - FOTO

    Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq

    Bakı. 16 fevral. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda sahibkarlarla görüşüb.

    “Report”un xəbərinə görə, görüşdə tikinti şirkətlərinin rəhbərləri və dövlət qurumlarının nümayəndələri iştirak edib.

    Sahibkarlar nazirlə görüşdə onları narahat edən problemlərə toxunublar, təkliflər səsləndiriblər. Bildirilib ki, tikinti sahəsindəki əsas problem texniki şərtlərin çətinliklə verilməsidir.

    Nazir bütün bu problemlərin aradan qaldırılacağını bildirib. O deyib ki, sahibkarlar da bu işdə məsuliyyətli olmalıdır: “Elektron xidmətlər vasitəsilə sahibkarlara daha əlverişli şərait yaradılacaq. Yəni bir sahibkar əlində qovluq dövlət orqanlarını gəzməyəcək. Bunlar elektron şəkildə həyata keçiriləcək”.

    K.Heydərov qeyd edib ki, tikinti sahəsinə ictimai nəzarətin olması vacibdir: “Bu məqsədlə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. Bu istiqamətdə atılan addımlar səmərə verəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi