Kəlbəcər və Mingəçevirdə Xocalı qurbanları anılıb

Kəlbəcər və Mingəçevirdə Xocalı qurbanları anılıb Kəlbəcər rayonunda və Mingəçevir şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Daxili siyasət
26 Fevral , 2023 18:28
Kəlbəcər və Mingəçevirdə Xocalı qurbanları anılıb

Kəlbəcər rayonunda və Mingəçevir şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonundakı anım mərasimində Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2”də ucaldılan “Xocalı” abidəsini ziyarət ediblər.

Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, ruhlarına dualar oxunub.

Mingəçevir şəhərində Şəhidlər xiyabanında soyqırımı abidəsi önünə əklil qoyub, gül düzüblər.

Sonra Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri və Xocalıdan olan sakinlərin iştirakı ilə müşavirə otağında toplantı keçirilib.

Yığıncaqda Xocalıda törədilən vəhşiliklərdən, ermənilərin dinc sakinləri amansızlıqla qətlə yetirməsindən danışılıb.

Son xəbərlər

Orphus sistemi