Keçmiş məhkum aksiya keçirməyə cəhd edib

Keçmiş məhkum aksiya keçirməyə cəhd edib O, bəraət almaq istəyir
Daxili siyasət
23 Avqust , 2016 15:36
Keçmiş məhkum aksiya keçirməyə cəhd edib

Bakı. 23 avqust. REPORT.AZ/ Keçmiş məhkum Yusif Əmirov Bakıda Azərbaycan Ali Məhkəməsinin qarşısında aclıq aksiyası keçirməyə cəhd edib.

"Report"un xəbərinə görə, cəzaçəkmə müəssisəsində 10 il həbs cəzası çəkmiş Y.Əmirovun tələbi bəraət almaq olub. Bunun üçün o, Ali Məhkəmənin rəhbərliyi ilə görüşmək istəyib. Onun istəyi baş tutmadığından Ali Məhkəmənin binası qarşısında aclıq aksiyası keçirməyə cəhd edib.

Ərazidə olan polis əməkdaşları aksiyanın qarşısını alıb. Y.Əmirov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi