Keçmiş məcburi köçkün: Xocalıya çatan kimi ilk əzizlərimin qəbirlərini ziyarət edəcəyəm

Keçmiş məcburi köçkün: Xocalıya çatan kimi ilk əzizlərimin qəbirlərini ziyarət edəcəyəm “30 yaşında Xocalını tərk etmişəm. Bu gün isə 62 yaşında geri dönürəm”.
Daxili siyasət
29 may 2024 02:33
Keçmiş məcburi köçkün: Xocalıya çatan kimi ilk əzizlərimin qəbirlərini ziyarət edəcəyəm

“30 yaşında Xocalını tərk etmişəm. Bu gün isə 62 yaşında geri dönürəm”.

“Report” xəbər verir ki, bunu Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Paşayeva Məlahət deyib.

“Xocalıya çatan kimi ilk əzizlərimin qəbirlərini ziyarət edəcəyəm. Bütün uşaqlığım orada keçib. Xocalı torpağına ayaq basan kimi, o uşaqlıq xatirələrimi yenindən yaşayacağam. Bibimoğlu, qaynım, iki xalamoğlu, 19 yaşında baldızımın oğlunu itirmişəm o torpaqlarda. İndi itirdiyim qohumlarımın ruhları şaddır”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi