32 il idi ki, Laçını görmürdük, indi gözəl vətənimizə – Laçınımıza qayıdırıq.
“Report” xəbər verir ki, bu barədə Laçın sakini Bəşirova Şəkər danışıb.
Doğma yurduna qayıdan keçmiş məcburi köçkün Azərbaycan ordusunun şəhid olmuş hərbi qulluqçularına rəhmət, qazilərə isə şəfa diləyib. O həmçinin yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
“Növbəti çərşənbələrimizi tonqaldan tullanaraq orada qeyd edəcəyik”, – deyə yaşlı qadın gülərək söyləyib.
Xatırladaq ki, bu gün, fevralın 28-də, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.