“Bu gün həyatımda ən sevindirici gündür. 31 ildən sonra Zabux kəndini görəcəyəm”.
“Report” xəbər verir ki, bu sözləri Bakıdan Laçın rayonunun Zabux kəndinə geri qayıdan Abbasov Rövşən deyib.
“Bu sevinci bizə yaşadan Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildirirəm. Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm, onlar Vətən uğrunda şəhid oldular. Biz mütləq kəndimizi dirçəltməliyik. İnşallah bundan sonra hər şey qaydasına düşər”, -deyə, o bildirib.