Yuxarı
    Bağlamaq

    Komandan: “Ötən il Daxili Qoşunlarda hərbi qulluqçuların törətdiyi cinayətlərin sayı azalıb”

    Hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb

    Bakı. 18 yanvar. REPORT.AZ/ "2015-ci illə müqayisədə hərbi qulluqçuların törətdiyi cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb".

    “Report”un xəbərinə görə, bunu daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov Daxili Qoşunların 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan naziryanı əməliyyat müşavirəsində bildirib.

    Onun sözlərinə görə, 2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb, hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb.

    Ş.Məmmədov bildirib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər uğurla davam etdirilib.

    Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində yerləşən hərbi hissənin xidməti fəaliyyəti üçün bütün infrastruktur yaradılmaqla yeni hərbi şəhərcik salınıb ki, onun da yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılıb, lazımi avadanlıqlarla təmin edilərək yenidən istifadəyə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi