Karantin rejimində dərslərin dayandırılması və bərpasına qərar verən qurumlar müəyyənləşib

Karantin rejimində dərslərin dayandırılması və bərpasına qərar verən qurumlar müəyyənləşib Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim- tərbiyə prosesinin dayandırılması və yenidən bərpası.
Daxili siyasət
215
22 Sentyabr , 2021 10:30
Karantin rejimində dərslərin dayandırılması və bərpasına qərar verən qurumlar müəyyənləşib

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim- tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epide-miologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

“Report”un məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitar- epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;

bu Qərarın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri”.

Son xəbərlər

Orphus sistemi