Kamran Əliyev: “Laçında prokurorluğun binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm gündür”

Kamran Əliyev: “Laçında prokurorluğun binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm gündür” “Laçın şəhərində rayon prokurorluğunun inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm gündür”.
Daxili siyasət
22 iyun 2023 06:49
Kamran Əliyev: “Laçında prokurorluğun binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm gündür”

“Laçın şəhərində rayon prokurorluğun inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm gündür”.

“Report”un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev iyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binasının istifadəyə verilməsi zamanı deyib.

O bildirib ki, Laçın Rayon Prokurorluğunun Laçın şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm günlərdən biri olmaqla, prokurorluq işçisi kimi hər kəsi sevindirir və prokurorluq orqanlarının tarixinə qızıl hərflərlə yazılacaq.

K.Əliyev deyib ki, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanları digər qurumlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi