Jurnalistlər Füzuli rayonuna səfərə gedib - YENİLƏNİB

Jurnalistlər Füzuli rayonuna səfərə gedib - YENİLƏNİB Bu gün bir qrup jurnalistin və Medianın Inkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC nümayəndələrinin Füzuli rayonuna səfəri başlayıb.
Daxili siyasət
505
16 İyun , 2021 10:49
Jurnalistlər Füzuli rayonuna səfərə gedib - YENİLƏNİB

Jurnalistlərin Füzuli rayonuna səfəri davam edir.

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, işğaldan azad olunmuş Füzuli rayonu ərazisindən keçən Aşağı Köndələnçay su anbaranında aparılan tikinti işlərinin cari ilin sonuna yekunlaşması gözlənilir.

"Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin Füzuli suvarma sistemləri idarəsinin baş mühəndisi Atakişi Babayev jurnalistlərə açıqlamasında bildirib ki, 1951-ci ildə istismara verilən Köndələnçay-1 su anbarının ümumi tutumu 2,1 milyon kubmetr təşkil edir:

Atakişi Babayev
Atakişi Babayev

“1962-ci ildə isə Köndələnçay-2 su anbarı istismara verilib ki, o da 2,9 milyon kubmetr su tutuma malikdir. Baxış keçirdiyimiz su Aşağı Köndələnçay su anbarının ümumi tutumu 9,5 milyon kubmetrdir. Bəndin uzunluğu 925 metr, hündürlüyü isə 25 metr təşkil edir. Su anbarının güzgü səthinin sahəsi 1,53 kvadrat kilometr təşkil edir”

A.Babayevin sözlərinə görə 3 ədəd su anbarının qidalandırıcı mənbəyi Köndələnçaydır:

“Aşağı Köndələnçay su anbarı isə əlavə qidalandırıcl mənbə olaraq Köndələnçaya paralel olaraq mövsumu olaraq Füzuli rayon ərazisindən keçən Quru çayın üzərində qurulub. Burada su buraxma qabiliyyəti 20 kub metr saniyə olan bu hidroqovşaq inşa edilib. Bu da Aşağı Köndələnçay su anbarını qidalandırıcı mənbə kimi istifadə edilir.

3 ədəd su anbarının ümumi tutumu 15,5 milyon kubmetrdir. Bununla da 6 200 ha əkin sahəsini suvarmaq mümkündür. Hazırda təmir-bərpa işlərinin gedişinə əngəl olan minalanmış ərazilər tam olaraq təmizlənib. Qiymətləndirmə işləri də yekunlaşıb. Su anbarında təmir işləri cari ilin sonunadək yekunlaşdıqdan sonra tam istismara yararlı hala salınacaq”.

09:46

Bu gün bir qrup jurnalistin və Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC nümayəndələrinin Füzuli rayonuna səfəri başlayıb.

"Report"un məlumatına görə, səfər çərçivəsində jurnalistlər Aşağı Köndələnçay su anbarı ilə, yeni tikilən “Füzuli” yarımstansiyası, Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi