Kolumbiyanın sabiq prezidenti: "IV Qlobal Bakı Forumunun əhəmiyyəti getdikcə daha da artır"

Kolumbiyanın sabiq prezidenti: "IV Qlobal Bakı Forumunun əhəmiyyəti getdikcə daha da artır" "Forumda ildən-ilə daha çox insan iştirak edir"
Daxili siyasət
11 Mart , 2016 16:22
Kolumbiyanın sabiq prezidenti: IV Qlobal Bakı Forumunun əhəmiyyəti getdikcə daha da artır

Bakı. 11 mart. REPORT.AZ/ "IV Qlobal Bakı Forumu dünya üçün mühüm əhəmiyyət kəsb edir". "Report"un məlumatına görə, bunu Kolumbiyanın sabiq prezidenti Andres Pastrana deyib.

O qeyd edib ki, Forum fikir mübadiləsi aparmaq, dünyanın müxtəlif regionlarında baş verən proseslər və mövcud problemlər haqqında məlumat əldə etmək üçün çox yaxşı bir məkandır: "Forumda hazırkı və sabiq prezidentlər, baş nazirlər və bir çox ekspertlər iştirak edir, fikir mübadiləsi aparır. Dünyanın bütün regionlarından olan insanlar Forumda təmsil olunur. Forumda ildən-ilə daha çox insan iştirak edir".

Sabiq prezident əlavə edib ki, Qlobal Bakı Forumunun əhəmiyyəti getdikcə daha da artır və bütün dünya bu barədə məlumat alır.

Son xəbərlər

Orphus sistemi