Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb.
“Report”un xəbərinə görə, adları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı sadalayıb.
Onlardan 9 nəfəri hərbiçi, 1 nəfəri isə mülki şəxsdir.
Həmin şəxslər aşağıdakılardır:
Tahirov Seyfulla Veytulla oğlu
Atamoğlanov Əbülfət Sabir oğlu
Hacıyev Təhsil Fikram oğlu
Əsədov Vüqar Habil oğlu
Babaşov Əhməd Tahir oğlu
Xələfov Cahangir Məmi oğlu
Nağıyev Cahid Şəfa oğlu
Məmmədov Elmar İnqilab oğlu
Qasımov Veysəl Qasım oğlu
Riad Əhmədov Fikrət oğlu
İ.Axundovun sözlərinə görə, ümumilikdə 3500-ə yaxın itkinin ailə üzvlərindən 10800-dək bioloji nümunə toplanaraq adiyyatı üzrə təhvil verilib: "Götürülmüş bioloji nümunələrin hər birindən ötən illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalında yeni yaradılmış genetik lobaratoriyada genetik profilləri çıxarılaraq arxivləşdirilib. Müəyyən səbəblərdən layihədən kənar qalan ailələr üzrə bioloji nümunələrin götürülməsi işi qanunvericiliklə müəyyən edilmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin meyit qalıqlarının molekulyar genetik analizlərini həyata keçirən müvafiq qurum tərəfindən davam etdirilir. Mütəxəssislərimiz tərəfindən 25 nəfərin eyniləşdirilməsi mümkün olub. Onlardan 15 nəfəri barədə artıq məlumat verilib. Daha 10 nəfəri barədə isə bu gün məlumatları açıqladıq".