İslam partiyasının həbsdə olan üzvü əfv olunub

İslam partiyasının həbsdə olan üzvü əfv olunub R.Axundzadə cəzasının çəkilməmiş hissəsindən azad edilib
Daxili siyasət
18 Mart , 2021 16:31
İslam partiyasının həbsdə olan üzvü əfv olunub
Rufulla Axundzadə

Rəsmi qeydiyyatda olmayan Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan üzvü Rufulla Axundzadə əfv olunub.

“Report” xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv edilib.

Beləliklə, R.Axundzadə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Axundzadə Rufulla Höccət oğlu 1955-ci ildə anadan olub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il 6 ay müddətinə məhkum edilib.

Son xəbərlər

Orphus sistemi