İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılması təklif edilir

İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılması təklif edilir "Qərbi Azərbaycan İcmasına İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılmasını təklif edəcəm".
Daxili siyasət
25 Yanvar , 2023 12:22
İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılması təklif edilir

"Qərbi Azərbaycan İcmasına İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılmasını təklif edəcəm".

Bunu Qərbi azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı Dilqəm Əhməd "Report"a müsahibəsində deyib.

"1827-ci ildə İrəvan xanlığı işğal edildi və bir il sonra İrandan, Anadoludan bu bölgəyə kütləvi şəkildə ermənilərin axını oldu. Çar Rusiyası faktiki İrəvan xanlığının yerində erməni vilayəti yaratdı və tədricən İrəvan bölgəsi erməniləşdirilməyə başlandı. Mənim şəxsi arxivlərimdə və digər bir çox tarixi şəkillərdə İrəvanın çox məscidli bir şəhər olduğu görünür. Yəni, İrəvan həmişə müsəlman-türk şəhəri olub. Bu baxımdan hesab edirəm ki, 1827-ci ildən 1988-ci ilə qədər orada yaşayan azərbaycanlıların deportasiyası, soyqırımına məruz qalması faktlarının silsilə şəklində araşdırılmasını və İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılmasını təklif edəcəm.

Digər bir təklifim isə insanların Qərbi Azərbaycan barədə daha çox maarifləndirilməsinə çalışmaqdır. Məsələn, bura hansı ərazilərin daxil olması, oradakı tarixi abidələrimiz barədə soydaşlarımızı maarifləndirmək lazımdır. Əcnəbi bir fotoqraf İrəvanda dağıdılmış “Ağadədə” məzarlığının şəklini çəkmişdi. Həmin məzarlığı görəndə çox məyus oldum. Həmin məzarlardan biri də mənim qohumlarıma aid idi. Əslində bu, bizim üçün yeni məsələ deyildi. Ermənilərin məzarları dağıtması faktlarını Qarabağda da görmüşük" -, D.Əhməd vurğulayıb.

Dilqəm Əhmədin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi