İranda zəlzələ olub, xəsarət alanlar var

İranda zəlzələ olub, xəsarət alanlar var İran İslam Respublikasının cənubunda 5,6 bal gücündə zəlzələ olub
Region
17 Fevral , 2021 23:58
İranda zəlzələ olub, xəsarət alanlar var

İran İslam Respublikasının cənubunda 5,6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələ yerli vaxtla saat 22:05-də, Kohqiluyə və Buyir-Əhməd əyalətində qeydə alınıb.

Əyalətin Dena rayonunda qeydə alınan zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

İranın Təcili Yardım Xidmətinin nümayəndəsi Mödcab Xalidi YJC agentliyinə bildirib ki, təbii hadisə zamanı azı 10 nəfər zərər çəkib. "Hazırkı vaxtda 10 nəfər xəsarət alıb. Lakin ölüm hadisəsi barəsində məlumat daxil olmayıb", - Xalidi deyib.

Zəlzələ həmçinin cənub ərazilərinə maddi ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Son xəbərlər

Orphus sistemi