“İranda demokratiya olsaydı, azərbaycanlıların muxtariyyəti olardı”.
“Report”un xəbərinə görə, bunu Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri Məmmədrza Heyət Bakıda keçirilən “Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masada deyib.
O bildirib ki, hazırda şərtlər tamamilə dəyişib və bizim xeyrimizdir:
“Çünki bu gün İran dünyadan təcrid olunub, xaricdə və daxildə tamamilə nüfuzunu itirib”.
Onun sözlərinə görə, İsrail açıq şəkildə, ABŞ dolayı yolla İranla mübarizə aparır:
“Türkiyə İraqda, Suriyada İranla problemlər yaşayıb. Bu gün Azərbaycanla İran arasında ciddi problemlər var. Lakin burada qorxan tərəf İrandır. İran rejimi yıxılır. İranda demokratiya olsaydı azərbaycanlıların muxtariyyəti olardı”.