“İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda tədbir keçirilib

“İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda tədbir keçirilib Bu gün Bakıda “İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda beynəlxalq tədbir keçirilib.
Daxili siyasət
16 Mart , 2022 17:08
“İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda tədbir keçirilib

Bu gün Bakıda “İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda beynəlxalq tədbir keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbər şəxsləri, eləcə də miqrantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsində xüsusi rol oynayan rəhbərlik etdiyi qurumun yaradılmasının 15-ci ildönümü ərəfəsində təşkil olunan və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı təcəssüm etdirən tədbirin əhəmiyyətini, miqrasiya idarəçiliyi sahəsində birgə qazanılan uğurları, əldə edilən nailiyyətləri, gələcək perspektivləri diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən xidmət formalaşdırılıb.

O qeyd edib ki, ötən illərdə beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsi və möhkəmləndirilməsi, o cümlədən müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə məqsədyönlü addımlar atılıb.

V.Hüseynov bildirib ki, mütərəqqi miqrasiya idarəçiliyinin daha da gücləndirilməsi istiqamətində geridə qalan 15 illik yolumuzu tərəfdaşlarımızla birgə layiqincə keçmişik və bundan sonra da bu yolu sıx əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindəyik.

Daha sonra BMqT-nin Azərbaycandakı missiyasının rəhbəri Vladimir Gjorgjiev, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Guido Ambroso, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bölmə rəhbəri Viktor Boykov çıxış edərək səmərəli və qarşılıqlı əməkdaşlıq əlaqələrindən məmnunluqlarını ifadə ediblər.

Tədbirdə həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin baş direktoru Mixael Şpindeleggerin və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın video müraciəti nümayiş etdirilib. Beynəlxalq ekspert Elizabet Ştrasser miqrantların inteqrasiyası sahəsində ən yaxşı təcrübələri tədbir iştirakçıları ilə bölüşüb.

Mərasimdə Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının təqdimatı olub, Şuranın üzvləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi