İmişlidə şəhidlərin xatirəsinə abidə kompleksinin açılışı olub

İmişlidə şəhidlərin xatirəsinə abidə kompleksinin açılışı olub İmişli rayonunun Qulubəyli kəndində şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksinin açılış mərasimi keçirilib. "Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon rəsmiləri, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayənd
Daxili siyasət
232
3 May , 2022 13:15
İmişlidə şəhidlərin xatirəsinə abidə kompleksinin açılışı olub

İmişli rayonunun Qulubəyli kəndində şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon rəsmiləri, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq.

Bildirilib ki, məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız azad olunub.

Tədbirdə vurğulanıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən döyüşlərdə Azərbaycan Ordusu bir daha dünyaya qüdrətini sübut edib, bununla da şəhidlərimizin qanı yerdə qalmayıb.

Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi