Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edib.
“Report”un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliklə, Maliyyə Nazirliyi müəyyən edilmiş müddətdə illik maliyyə hesabatlarını təqdim etməyən və yazılı surətdə xəbərdarlıq edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat verəcək.