“30 il öncə Füzulini tərk etmişəm. İndi oğlumla doğma yurduma qayıdıram”.
“Report” xəbər verir ki, bunu Füzuli sakini İmanova Güllü deyib.
Keçmiş məcburi köçkün ona məmləkətinə qayıtmaq şəraitini yaradan şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib. Eyni zamanda, G. İmanova Prezident İlham Əliyevə təşəkkürünü bildirib.