Uşaqlar Prezident İlham Əliyevə “Şanlı Zəfər” adlı kompozisiya hədiyyə ediblər

Uşaqlar Prezident İlham Əliyevə “Şanlı Zəfər” adlı kompozisiya hədiyyə ediblər Azərbaycan uşaqları adından Prezident İlham Əliyev üçün hazırlanan hədiyyə Uşaqların V Ümumrespublika Forumunda nümayiş olunub.
Daxili siyasət
18 Noyabr , 2021 15:45
Uşaqlar Prezident İlham Əliyevə “Şanlı Zəfər” adlı kompozisiya hədiyyə ediblər

Azərbaycan uşaqları adından Prezident İlham Əliyev üçün hazırlanan hədiyyə Uşaqların V Ümumrespublika Forumunda nümayiş olunub.

“Report” xəbər verir ki, hədiyyə taxta üzərində milli ornamentləri və xarıbülbülü özündə ehtiva edən rəsm kompozisiyasından ibarətdir.

“Şanlı Zəfər” adı verilən əsərin müəllifi rəssam Nadir Cəfərovdur. Kompozisiya rəssam N.Cəfərov və Azərbaycan uşaqları adından dövlət başçısına təqdim olunacaq.

Qeyd edək ki, Forum iştirakçılarının hədiyyəsi Prezidentə təqdim edilməsi üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verilib.

14:08

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Azərbaycan uşaqları adından Prezident İlham Əliyev üçün nəzərdə tutulan hədiyyənin təqdimatı olub.

"Report" xəbər verir ki, Forum iştirakçılarının hədiyyəsi Prezidentə təqdim edilməsi üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verilib.

Son xəbərlər

Orphus sistemi