İdarə rəisi: "Azərbaycanda ilk dəfə “Mobil notariat" tətbiqi həyata keçirilir"

İdarə rəisi: "Azərbaycanda ilk dəfə “Mobil notariat" tətbiqi həyata keçirilir" “Azərbaycanda ilk dəfə “Mobil notariat" tətbiqi həyata keçirilir. Bunu xüsusi olaraq qeyd etmək lazımdır”.
Daxili siyasət
8 Dekabr , 2021 16:12
İdarə rəisi: Azərbaycanda ilk dəfə “Mobil notariat tətbiqi həyata keçirilir

“Azərbaycanda ilk dəfə “Mobil notariat" tətbiqi həyata keçirilir. Bunu xüsusi olaraq qeyd etmək lazımdır”.

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, “Mobil notariat" tətbiqinin bu günə qədər 200 min istifadəçisi olub: "Hər gün 500-dən artıq ayrı-ayrı sənədlər bu tətbiq vasitəsilə rəsmiləşdirilir. Bu istiqamətdə yeniliklər davam edəcək və ictimaiyyətə bu barədə məlumat veriləcək".

A.Səmədzadə bildirib ki, hazırda “Mobil notariat" tətbiqi vasitəsilə bütün kommunal xidmətlərin yeni mülkiyyətçi adına keçirilməsi prosesini bir addımla reallaşdırmaq mümkündür: "Yaxın zamanda biz banklarla bu istiqamətdə yaradılacaq yeni proqram barədə məlumat verəcəyik".

Son xəbərlər

Orphus sistemi