Yuxarı

İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə qaydaları dəyişdirilib

Həbs edilən şəxslərin məcburi müalicəsi barəsində məhkəmə qərarlarının yerinə yetirilməsinə icra məmuru nəzarət edəcək

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qaydalar narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsinin şərtləri və qaydalarını müəyyən edir. Məcburi müalicənin yalnız məhkəmənin qərarına əsasən tətbiq edilməsinə icazə verilir.

Dəyişikliyə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi