İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər.
İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşıladılar.
Mehriban Əliyeva: Sizin İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm.
Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri Olqa Jabina: Salam. Xoş gəlmisiniz.
Mehriban Əliyeva: Sağ olun.
Milli geyimli qızlar: Bizim çörəyimizin dadına baxın.
Mehriban Əliyeva: Məmnuniyyətlə.
Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva çörəyin dadına baxdılar.
Mehriban Əliyeva: Sizin yeməkləriniz həmişə ləzizdir.
Birinci vitse-prezident Mədəniyyət Sarayında yaradılan şəraitlə tanış oldu.
Mədəniyyət müəssisəsinin musiqi kollektivi ilə görüşən Mehriban Əliyeva dedi: Salam. Sizi Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Sizin yanınıza qonaq gələndə həmişə xoşbəxt oluram.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Sarayının musiqi kollektivinin ifalarını dinlədi.
İvanovka Mədəniyyət Sarayı 1985-ci ildə tikilib. Binada uzun müddət əsaslı təmir işləri aparılmadığından yarasız vəziyyətə düşmüşdü və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident
Olqa Jabina: Bu, bizə gözəl hədiyyədir. İndi bizim nəinki çörəyimiz, bu mahnılarımız da var. Çox sağ olun.
Mehriban Əliyeva: Sizin konsertlərinizi dinləməyə gələcəyik.
Olqa Jabina: Həmişə şadıq.
Mehriban Əliyeva: Çox sağ olun. Sizə uğurlar arzulayırıq.
***22:46
Sentyabrın 14-də İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti









