Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi

Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub.
Daxili siyasət
8 Aprel , 2020 21:45
Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi

Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub.

“Report” xəbər verir ki, bayraq təsvirini italyan musiqisi müşayiət edib və bununla da İtaliyaya həmrəylik nümayiş etdirilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Son xəbərlər

Orphus sistemi