İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb

İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb İstanbul. 20 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin “Yeni Kapı” metrostansiyasının vestibülündə 1990-cı il 20 yanvar gecəsinin dəhşətlərini əks etdirən “Qanlı Yanvar” adlı fotosərgi açılıb. 
Daxili siyasət
20 Yanvar , 2018 16:37
İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb
Report

İstanbul. 20 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin “Yeni Kapı” metrostansiyasının vestibülündə 1990-cı il 20 yanvar gecəsinin dəhşətlərini əks etdirən “Qanlı Yanvar” adlı fotosərgi açılıb. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, fotolar metronun giriş və çıxışında sərgilənib. 

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan sərgidə 50-yə yaxın fotoda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda və bölgələrdə dinc əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliklər təqdim olunub. 

Sərgi sərnişinlərin diqqətini çəkib. Fotoların qarşısında ayaq saxlayan insanlara konsulluq əməkdaşlara tərəfindən əks olunan hadisə ilə bağlı məlumatlar verilib.

Sərgi 5 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi