İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb

İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb “Rəsmi dəvət gəldiyinə görə fevralın 27-də Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olacağıq”
Daxili siyasət
24 Fevral , 2017 14:49
İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıblar.

Bu barədə “Report”a partiya başqanı Arif Hacılı məlumat verib.

A.Hacılı bildirib ki, onlar Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə şahid qismində dindirilmək üçün çağırılıblar: “Mühacirətdə olan azərbaycanlılarla bağlı məsələdir. Rəsmi dəvət gəldiyinə görə fevralın 27-də Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olacağıq”.

Son xəbərlər

Orphus sistemi