İsa Qəmbər müayinə üçün Türkiyəyə gedib

İsa Qəmbər müayinə üçün Türkiyəyə gedib Bakı. 28 fevral. REPORT.AZ/ Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.
Daxili siyasət
28 Fevral , 2018 09:52
İsa Qəmbər müayinə üçün Türkiyəyə gedib

Bakı. 28 fevral. REPORT.AZ/ Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.

“Report”un xəbərinə görə, İ.Qəmbəri Müsavat Partiyasının başqanı Arif Hacılı və Mərkəzi Klinik Xəstəxananın həkimi müşayiət edir.

İ.Qəmbər Ankaradakı xəstəxanaların birində müayinə olunacaq.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi