Yuxarı

​İsa Qəmbər: “Ciddi siyasi partiya seçkidə iştirak etməlidir”

Siyasi partiyalar arasında funksional əməkdaşlıq etməliyik

Bakı. 15 yanvar. REPORT.AZ/ “Seçkilərə əvvəlki dönəmlərdə olan yanaşma tərzini dəyişməliyik. Biz mübarizə aparmaqla yanaşı, mövqeyimizi aydın şəkildə ortaya qoymalıyıq. Cəmiyyəti buna kökləməliyik”.

“Report”un məlumatına görə, bunu Milli Strateji Düşüncə Mərkəzi (MSDM) tərəfindən "2015-ci il Parlament seçkiləri: Gerçəkliklər və demokratik qüvvələrin hədəfləri" mövzusunda keçirilən tədbirdə MSDM sədri İsa Qəmbər deyib. 

O bildirib ki, hər bir ciddi siyasi partiya seçkidə iştirak etməlidir: “Son aylarda Mərkəzin toplantılarında parlament seçkiləri də gündəmə gəlib. Seçkilərdə iştirak və ya imtina məsələsi ilə bağlı deyə bilərəm ki, ciddi siyasi partiyalar seçkidə iştirak etməlidir. Seçkidən imtina bir an içində verilən qərardır. İslahatlar məsələsini qabartmalıyıq. Seçkilərdə iştirak edən tərəflərə bərabər imkanların yaradılması önəmli məsələdir. Biz bu dəyişikliklərə hazır olmalıyıq”.

İ.Qəmbər qeyd edib ki, seçkilərlə bağlı yanaşmada redaktəyə ehtiyac var: “Seçkilər öncəsi müəyyən bloklar yaranır, müəyyən uğurlar əldə olunur, amma bu hakimiyyət tərəfindən tanınmır. Sonra isə həmin qurumlar ətrafında diskussiyalar başlayır. Cəmiyyət isə bundan yorulur. Siyasi partiyalar arasında funksional əməkdaşlıq etməliyik. Bu, daha səmərəlidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi