Yuxarı

İsa Qəmbər Müsavat Partiyasının IX qurultayında namizədliyini irəli sürə bilər

​İsa Qəmbər partiyanın qurultay öncəsi sonuncu mətbuat konfransını keçirib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda müxalifyönümlü Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın VIII qurultayından öncə bu vəzifədə sonuncu mətbuat konfransını keçirib.

“Report”un məlumatına görə, İ.Qəmbər deyib ki, partiya qurultay keçirməklə demokratik prinsiplərə əməl edir. Onun sözlərinə görə, qurultayda partiyanın fəaliyyəti və Nizamnaməyə dəyişiklilər müzakirə ediləcək.

Müsavat başqanı partiyanın qurultaydan sonra daha da güclənəcəyini qeyd edib: “Ola bilər, müəyyən qopmalar olsun. Amma bu, partiyaya o qədər də təsir etməyəcək. Çünki Müsavat Partiyası tarixi partiyadır”.

İ.Qəmbər başqanlıqdan sonrakı statusu ilə bağlı suala cavab verərkən bildirib ki, bu məsələ partiya üzvlərinin ixtiyarındadır: “Hansısa xüsusi statusun verilməsinin əleyhinəyəm, düşünürəm, sıravi müsavatçı kimi qalsam daha yaxşı olar. Qurultaydan sonra partiyadakı fəaliyyətimlə bağlı bir neçə təklif səsləndirilib. Bütün təkliflər müzakirə edilir. Müsavatçılar nəyi məsələhət bilsə, o da olacaq. Hətta növbəti prezident seçkilərində partiya namizədliyimi irəli sürülsə, etiraz etmərəm”.

Müsavat başqanı partiyanın IX qurultayında namizədliyini irəli sürəcəyini istisna etməyib: “Hələ bu barədə düşünmürəm. Amma bu, mümkündür. Partiyada hər şey qaydasında gedəcəksə, yəqin ki, növbəti başqanlığıma ehtiyac qalmayacaq”.

Qeyd edək ki, İ.Qəmbərin mətbuat konfransında Müsavat başqanlığına namizədlərdən yalnız Arif Hacılı iştirak edib. Digər namizədlər-Qubad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoy isə konfransa qatılmayıb.

Xatırladaq ki, Müsavat Partiyasının VIII qurultayı sentyabrın 27-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi