İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub

İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub Bakı. 5 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.
Daxili siyasət
5 Mart , 2019 20:22
İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub

Bakı. 5 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.  

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. 

Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur. 

Son xəbərlər

Orphus sistemi