İpoteka və Kredit Zəmanət Fondu mənzilləri almaq və satmaq öhdəliyi ilə kirayəyə verəcək - FƏRMAN

İpoteka və Kredit Zəmanət Fondu mənzilləri almaq və satmaq öhdəliyi ilə kirayəyə verəcək - FƏRMAN Prezident İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
1 May , 2018 18:04
İpoteka və Kredit Zəmanət Fondu mənzilləri almaq və satmaq öhdəliyi ilə kirayəyə verəcək - FƏRMAN

Bakı. 1 may. REPORT.AZ/ Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası” təsdiqlənib.

Sənədlə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, İpoteka və Kredit Zəmanət Fonduna yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək hüququ verilib.

Nazirlər Kabinetinə İpoteka və Kredit Zəmanət Fondunun vergi öhdəliklərindən azad edilməsi, habelə bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi