İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişiklik təsdiqlənib

İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişiklik təsdiqlənib Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Daxili siyasət
2 May , 2019 16:59
İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişiklik təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, bu dəyişiklik ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlərin cəzalandırılması ilə bağlıdır.

İnzibati Xətalar Məcəlləsinin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə əlavə edilən 3-cü bəndə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə olunur.

Son xəbərlər

Orphus sistemi