Yuxarı

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah-sursatın saxlanılması qaydaları təsdiqlənib

Sənəddə bunun üçün nəzərdə tutulan məsuliyyət də əksini tapıb

Bakı. 27 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın təsdiq edib.

"Report" xəbər verir ki, bu qayda İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanan və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydalarını müəyyən edir.

Sənəddə inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının uçotu, saxlanılması, təhvil verilməsi, habelə onların saxlanılmasına nəzarət qaydaları və bunun üçün nəzərdə tutulan məsuliyyət əksini tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi