İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı

İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı Bu günə qədər 8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı məlum olub.
Daxili siyasət
13 Aprel , 2020 15:29
İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı
0 : 00
0 : 00

Bu günə qədər 8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Real" TV-nin efirində deyib.

Onun sözlərinə görə, bu günə kimi 8103 qısa nömrəsinə 8,2 milyon SMS göndərilib:

“Bunların da təqribən 64 faizinə müsbət cavab verilib. İlk günlərdə təqribən 62 faiz SMS yanlış format, aidiyyəti olmayan sözlərlə göndərilmişdi. Bu faiz get-gedə düzəlmək üzrədir. Son günlərin - dünən və bu günün statistikasına baxanda müsbət cavalandırma 80 faiz təşkil edib. İlk günlərdə isə sui-istifadə halları olurdu, yəni müəyyən nalayiq sözlər yazan və ya aidiyyəti olmayan ifadələrlə SMS göndərən şəxslər var idi. Daxili İşlər Nazirliyi tərəfindən də həmin şəxslər barəsində müəyyən tədbirlər görülür”. 

Son xəbərlər

Orphus sistemi