İnam Kərimov: "Bakıda yeni "ASAN Xidmət" mərkəzinin açılmasına ehtiyac yoxdur"

İnam Kərimov: "Bakıda yeni "ASAN Xidmət" mərkəzinin açılmasına ehtiyac yoxdur" "Bu il Masallı və Qəbələdə yeni "ASAN xidmət" mərkəzləri açılacaq"
Daxili siyasət
26 Mart , 2016 12:24
İnam Kərimov: Bakıda yeni ASAN Xidmət mərkəzinin açılmasına ehtiyac yoxdur

Bakı. 26 mart. REPORT.AZ/ "Hazırda Bakıda yeni "ASAN xidmət" mərkəzinin açılmasına ehtiyac yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov xatırladıb ki, hazırda Azərbaycanda 9 "ASAN xidmət" mərkəzi var: "Onlardan 5-i paytaxtda yerləşir. Bakıda olan mərkəzlər bütün vətəndaşlara xidmət göstərə bilir, bu səbəbdən də paytaxtda yeni mərkəzin açılması gözlənilmir. Bu il Masallı və Qəbələdə yeni "ASAN xidmət" mərkəzləri açılacaq".

Son xəbərlər

Orphus sistemi