İmişlinin yeni başçısı kadr islahatlarına başladı

İmişlinin yeni başçısı kadr islahatlarına başladı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sektor müdiri işdən çıxarılıb.
Daxili siyasət
1020
24 İyun , 2020 15:55
İmişlinin yeni başçısı kadr islahatlarına başladı

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sektor müdiri işdən çıxarılıb.

"Report" xəbər verir ki, bununla bağlı İmişli RİH-in yeni başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli RİH-in binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevi İmişli RİH-in başçısı vəzifəsindən azad edib. Daha sonra V.Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Dövlət başçısının mayın 21-də imzaladığı sərəncamla Elçin Adil oğlu Rzayev İmişli RİH-in başçısı təyin edilib. E.Rzayev daha əvvəl Yasamal RİH başçısının birinci müavini vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi