​İlqar Məmmədov deputatlığa namizədliyini irəli sürüb

​İlqar Məmmədov deputatlığa namizədliyini irəli sürüb Onun sənədləri 90 saylı Ağdaş seçki dairəsinə təqdim olunub
Daxili siyasət
3 May , 2016 17:01
​İlqar Məmmədov deputatlığa namizədliyini irəli sürüb

Bakı. 3 may. REPORT.AZ/ Respublikaçı Alternativ Hərəkatının sədri (ReAl) İlqar Məmmədov 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə "Report"a "ReAl"ın icra katibi Natiq Cəfərli məlumat verib.

O bildirib ki, İ.Məmmədovun sənədləri 90 saylı Ağdaş seçki dairəsinə təqdim olunub və dairədən imza vərəqələri götürülüb.

Qeyd edək ki, İlqar Məmmədov hazırda həbsdədir. O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi