İlqar Abbasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

İlqar Abbasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
9 Fevral , 2018 17:14
İlqar Abbasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev İlqar Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Namaz oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Son xəbərlər

Orphus sistemi