​İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarına ziyafət verilib - FOTO

​İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarına ziyafət verilib - FOTO Ziyafətdə Bolqarıstan və Makedoniyanın dövlət başçıları da iştirak ediblər
Daxili siyasət
29 Aprel , 2015 02:11
​İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarına ziyafət verilib - FOTO

Bakı. 29 aprel. REPORT.AZ/ Aprelin 28-də prezident İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

"Report" xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirak etdiyi ziyafətdə Bolqarıstan və Makedoniyanın dövlət başçıları, Maltanın baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Ziyafətdə çıxış edən Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Forumun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edib. O, Bakıya bir neçə dəfə gəldiyini və hər gəlişində böyük inkişafın şahidi olduğunu bildirib. Vayra Vike-Freyberqa tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar III Qlobal Bakı Forumunun iştirakçılarının təşəkkürlərinin ifadə olunduğu xatirə kitabını dövlət başçısına hədiyyə edib.

Prezident İlham Əliyev ziyafətdə çıxış edib. Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini və Mərkəzin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərildiyini deyib. Prezident dəyişən və qloballaşan dünyada təcrübə və biliyə hər zaman ehtiyac olduğunu vurğulayıb və məhz bu baxımdan III Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. İlham Əliyev bu il Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyini xatırladıb. Bildirib ki, aprelin 26-da Azərbaycan və dünyanın idman tarixində əlamətdar hadisə baş verib. Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb. I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Dövlət başçısı III Qlobal Bakı Forumunun iştirakçılarını ilk Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.

Son xəbərlər

Orphus sistemi