Prezident İlham Əliyev: "Xalqla iqtidar birliyi möhkəmdir"

Prezident İlham Əliyev: "Xalqla iqtidar birliyi möhkəmdir" Prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxış edib
Daxili siyasət
18 Yanvar , 2016 23:02
Prezident İlham Əliyev: Xalqla iqtidar birliyi möhkəmdir

Bakı. 18 yanvar. REPORT.AZ/ "İqtisadi islahatlar dərinləşməlidir. Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq. Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, ölkədə bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu tapşırılar yerinə yetirilməlidir.

"Belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik", - deyə prezident vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, son illər ərzində bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur. Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. "Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik. Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir", - deyə, prezident qeyd edib.

"Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq".

Son xəbərlər

Orphus sistemi