Prezident İlham Əliyev: "Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir" - FOTO -YENİLƏNİB

Prezident İlham Əliyev: "Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir" - FOTO -YENİLƏNİB Ali Baş Komandan hərbçilərlə görüşüb
Daxili siyasət
1 May , 2016 21:58
Prezident İlham Əliyev: Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir - FOTO -YENİLƏNİB

Bakı. 1 May. REPORT.AZ/ Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar. "Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib.

Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşüb.

Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlət başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söyləyib. 

Prezident qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandana ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu, Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır və qadir olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan hərbçilərini bir daha təbrik edib və yeni-yeni uğurlar arzulayıb.

Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Daha sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

Dövlət başçısına məlumat verilib ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı prezident dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

Sonra dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəliblər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olublar. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı İlham Əliyev bildirib ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərib, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövlət başçısı qeyd edib ki, bu kənddə də düşmən güllələrinin və mərmilərin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

Sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayırlar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər.

Dövlət başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar.

Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.

Kənd sakini Südeyif Məhərrəmov göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına sakinlərin minnətdarlığını çatdırıb.


***19:59


Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar. "Report" xəbər verir ki, dövləti başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib.

İlham Əliyev hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub.

Ali Baş Komandan hərbçilərlə görüşüb, təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb söhbət ediblər.

Dövlət başçısı həmin evlərin tezliklə bərpa olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanaraq Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan mülki vətəndaşlara baş çəkib, onların tezliklə sağalmalarını arzu ediblər.

Son xəbərlər

Orphus sistemi